Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yevlax Elektrik Şəbəkəsində (EŞ) 10 kV-luq "Quşçuluq" və 35 kV-luq "Xanabad" hava xətlərində təmir işləri aparılacaq.
Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 14:00-dək rayonun Kövər kəndinin bir hissəsində və Yevlax-Bərdə şossesinin kənarında yerləşən bəzi yaşayış masivvlərində, saat 10:00-dan 12:00-dək Aşağı Bucaq, Xanabad, Qaraoğlan, Qəribli, Quşçu, Meyvəli, Yuxarı bucaq kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- "Azərişıq" ASC-nin əməkdaşları Türkiyədə keçirilən beynəlxalq Peşə Ustalığı Yarışında birinci yerə layiq görülüblər 13 Oktyabr 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb 21 May 2026
- Bakıda bu ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq 14 İyul 2026
- Bakı və ətraf regionların bəzi ərazilərində fasilə yaranacaq 06 İyul 2026
- Bu ərazilərdə təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 27 Sentyabr 2026