Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Lənkəranda “Kommunal xidmətlərə qoşulmada yaranan çətinliklər” mövzusunda sahibkarlarla görüş keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Müvəkkil kredit təşkilatları ilə yanaşı “Azərişıq” ASC-nin müvafiq qurumları iştirak edib.
“Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Elgün Məmmədov tədbirdə iştirak edən 20-dək sahibkarla Kommunal xidmətlərə qoşulmada yaranan və ya yarana biləcək çətinlikləri müzakirə ediblər. Həlli mümkün olan bir çox problemlər yerindəcə həll edilib. Həmçinin müvafiq lazımi qeydlər aparılıb.
Qeyd edək ki, fermer və sahibkarların rahat fəaliyyəti, yaranan problemlərin aradan qaldırılması məqsədilə “Azərişıq” ASC regionlarda sahibkarlarla mütəmadi olaraq görüşlər təşkil edir, mövcud problemlərin həll edilməsi istiqamətində işlər aparır.
Digər xəbərlər
- “Azərişıq” ASC və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib 08 May 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı yaranan debitor borcların aradan qaldırılması ilə bağlı şəbəkə ilə abonent arasında hüquqi tənzimləmələr 11 Mart 2026
- Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 21 Sentyabr 2026
- Yasamal və Nizami rayonlarının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 01 İyul 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib 28 May 2026