Sahibkarların rahat fəaliyyəti, keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC-nin nümayəndələri “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin üzvləri ilə görüşüb. Görüş zamanı “Azərişıq” ASC-nin “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi həyata keçirilib, qonaqların müxtəlif məsələlərlə bağlı sualları ətraflı cavablandırılıb. Həmçinin İctimai Birliyə üzv olan iri ticarət şəbəkələrinin nümayəndələri ilə elektrik şəbəkəsinə qoşulma və elektrik enerjisindən istifadə qaydaları ilə bağlı maarifləndirici söhbət aparılıb.
Tədbirdə “Azərişıq” ASC-nin həyata keçirdiyi elektron xidmətlər, o cümlədən regionlarda mütəmadi olaraq sahibkar və vətədaşlarla keçirilən görüşlər barədə də məlumatlar verilib. İctimai Birliyə üzv olan sahibkarlıq subyektlərinin nümayəndələri qarşılıqlı əlaqərin inkişafı, sahibkarların elektrik enerjisindən istifadəsi zamanı keyfiyyət və dayanıqlılıq göstəricilərinin daha da artırılması məqsədilə belə görüşlərin xüsusi rol oynadığını vurğulayıblar.
Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşləri davam etdirir. Məqsəd abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini təmin etməkdir.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağdamda vətəndaşları qəbul edib 18 Sentyabr 2026
- Nizami və Nəsimi rayonlarının bu ərazilərində fasilə yaranacaq 24 May 2026
- Elektron xidmətlərin tətbiqi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində mühüm addımdır 26 Yanvar 2026
- “Azərişıq” ASC Zirə ETSİ ərazisində yenidənqurma işləri həyata keçirir 06 Oktyabr 2026
- Bakı, Sumqayıt və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08 İyul 2026