Ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar paytaxt və regionların bəzi hissələrində, eləcə də şimal bögəsində yerləşən bir sıra rayonlarda, bəzi kənd və qəsəbələrdə elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyətlər yaratsa da, “Azərişıq" ASC bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirir.
Paytaxt və ətraf kənd, qəsəbələrində intensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının qəza yaranan ərazilərdən təmizlənməsi "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla yaranan qəzaları aradan qaldırmaq üçün gecə-gündüz fasiləsiz gücləndirilmiş iş rejimində çalışır. Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir.
Həmçinin regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material cəlb edilib. Çaylarda yaranan güclü sel və daşqınlar bir sıra ərazilərdə elektrik dirəklərinin aşması ilə nəticələnib. Aşan ağac və kənar əşyaların elektrik xətlərini zədələməsi bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olub. Mürəkkəb dağlıq relyefə malik ərazilərdə qeyri-sabit hava şəraitində nəqliyyatın hərəkətinin çətinliyinə baxmayaraq “Azərişıq” ASC-nin qəza briqadaları digər dövlət qrumlarının əməkdaşları ilə birgə hadisə baş verən ərazilərə operativ şəkildə cəlb olunur. Elektrik enerjisi kəsintisi və qəza hallarının aradan qaldırılması məqsədilə paytaxtda və regionlarda təmir-bərpa işləri davam etdirilir.
Digər xəbərlər
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026
- Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 May 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər 04 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 03 Mart 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 01 May 2026