“Azərişıq” ASC paytaxt və regionlarda elektrik təsərrüfatının yenilənməsi, eləcə də əsaslı təmir işlərini davam etdirir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri Naxçıvanı da əhatə edib.
Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən rayonlarda, bir sıra kənd və qəsəbələrdə 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. Yeni metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Abonentləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə yaşayış məntəqələrində 10/0.4 kV-luq müasir Transformator Məntəqələri (TM) quraşdırılır.
Naxçıvan şəhərində 110/35/10 kV-luq “Koroğlu” yarımstansiyasının, Naxçıvan RETSİ-nin inzibati binasının tikintisinə start verilib. Həmçinin şəhər ərazisində abonentlər smart tipli sayğaclarla təchiz olunur. Babək rayonunda 35/10 kV-luq “Nəzərabad” yarımstansiyasının inşası davam edir.
Yenidənqurma işləri Sədərək rayonunun Sədərək və Qaraağac kəndlərini, Heydərabad qəsəbəsini, Şərurun Axaməd, Culfanın Əbrəqunus kəndlərini də əhatə edir.
Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi əsaslı təmir və yenidənqurma işləri əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Digər xəbərlər
- Bakı və Sumqayıtın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 Avqust 2026
- Xırdalanın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Nəsimi rayonunun bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 03 Oktyabr 2026
- Bu ərazilərdə təmir və ağac budanması işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 09 Sentyabr 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Mart 2026