Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də paytaxtın Yasamal və Nərimanov rayonlarında bir neçə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov və Mətbuat küçələrinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Vladimir Mayakovski, İsmayıl Hidayətzadə küçələrinin bəzi yerlərində, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yerləşdiyi ərazidə saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Həmçinin Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/10/6 kV-luq "Nübar" yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərini əhatə edəcək. Bununla yanaşı 10/6 kV-luq TM-də aparılacaq təmir işləri zamanı saat 11:00-dan 15:00-dək Həsən Əliyev, Zahid Dünyamalıyev küçələri, Ceyranbatan gölünün yuxarı ərazisi, Yeni Saray yolunun sol və sağ hissələrində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Suraxanının bu ərazilərində fasilə yaranacaq 06 Fevral 2026
- Təmir işləri ilə əlaqədar Göyçay və Yevlaxın bu ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 08 Oktyabr 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 10 İyun 2026