Ölkə ərazisində 15 aprel tarixindən başlayan kəskin hava şəraiti demək olar ki, bütün regionlarda elektrik təsərrüfatında lokal xarakterli qəza hallarının yaranmasına səbəb olub. Leysan xarakterli intensiv yağış və güclü külək nəticəsində aşan ağac və kənar əşyaların elektrik xətlərini zədələməsi bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub.
Elektrik enerjisi kəsintisi və qəza hallarının qarşısının alınması üçün “Azərişıq” ASC paytaxt və bölgələrdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Səhmdar Cəmiyyət bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib. Həmçinin “Azərişıq” ASC-nin qəza xidmətinin əməkdaşları da ərazilərdə fəsadların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər.
Bəzi hallarda isə yağışla müşaiyət olunan külək və sel suları elektrik təsərrüfatına daha böyük həcmdə ziyan vurmasın deyə qabaqlayıcı tədbir kimi xətlərə enerjinin ötürülməsində planlı fasilə verilir.
İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı bir çətinlik zamanı “Azərişıq” ASC-nin “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrimizə müraciət etsinlər. 24 saat fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.
Digər xəbərlər
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Yanvar 2026
- Bakı, Abşeron və Yardımlının bu ərazilərində fasilə yaranacaq 10 İyul 2026
- Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 26 Avqust 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026