“Azərişıq ASC Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkə ərazisində istismar müddətini başa vurmuş elektrik şəbəkəsini yenidən qurur, təmir-bərpa işləri aparır. Görülən işlər Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsini (RETSİ) də əhatə edib. Ötən il Xaçmaz RETSİ ərazisində 14 kəndin elektrik şəbəkəsi tam yenilənib. Hazırda region üzrə 17 kənddə yenidənqurma işləri davam etdirilir.
Xaçmaz RETSİ ərazisinə daxil olan Qusar rayonunda bir neçə kənddə təmir-bərpa işləri yekunlaşdırılıb. Yenidənqurma işləri nəticəsində 110/35/10 kV-luq “Qusar” yarımstansiyası ilə 35/10 kV-luq yarımstansiya arasında 35 kV-luq ikidövrəli xətt çəkilib. Yuxarı Tahircal kəndinin 10 kV-luq elektrik şəbəkəsi də yenidən qurulub. Eyni zamanda 0.4 kV-luq xətlərdə cari təmir və yenidənqurma işləri aparılıb. Həmçinin Əvəcük, Gündüzqala, Xürəl, Köhnə Xudat qazmalar kəndlərinin elektrik şəbəkəsi də tamamilə yenilənib.
2026-cı ilin ilk günlərindən başlayaraq Şahdağ istiqamətində elektrik təsərrüfatında təmir-pərpa, sazlama işlərinə start verilib. Yararsız dayaqlar yenilənir, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Son günlərdə yağan güclü qar və şaxtalı hava da əməkdaşlarımız üçün maneə deyil. Bütün çətinliklərə baxmayaraq Şahdağ istiqamətində işlər fasiləsiz davam edir. Şahdağ istiqamətində 6 kənddə – Çubuqlu, Bədirqala, Langi, Aladaş, Laza, Əlix kəndlərində təmir-bərpa və yenidənqurma işləri aparılır.
Şahdağ istiqamətində görülən işlər yekunlaşdıqdan sonra Qusarda həm mərkəz, həm də ətraf kəndlər daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq. Xatırladaq ki, “Azərişıq” ASC bütün regionlarda, həmçinin Qarabağ və Şərqi Zəngəzurda mərhələli şəkildə təmir-bərpa və yenidənqurma işlərini davam etdirir. Məqsəd abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməklə yanaşı, enerji itkisini minimuma endirməkdir.
Digər xəbərlər
- “Azərişıq” ASC Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb 04 Avqust 2026
- Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 28 Sentyabr 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 07 Avqust 2026
- Bakı və İsmayıllının bu ərazilərində fasilə yaranacaq 30 İyul 2026
- İyulun 16-da paytaxt və Lənkəranın aşağıda adı çəkilən ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 15 İyul 2026