Vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov fevralın 25-də Qəbələdə vətəndaşları qəbul edib. Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) inzibati binasında baş tutan görüşdə Qəbələ və Oğuz rayonlarından olan sakinlər iştirak ediblər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Qəbuldan əvvəl nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Qəbələdəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Qəbulda iştirak edən vətəndaşlar regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərişıq” ASC tərəfindən ölkənin bütün regionlarında vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil olunur, onların təklif və tövsiyələri dinlənilir. Bu cür görüşlərin keçirilməsində məqsəd maarifləndirici məlumatların verilməsi ilə yanaşı, abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, mövcud problemlərin həll edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
Digər xəbərlər
- Təmir işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bu ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 15 Oktyabr 2026
- Elektrik enerjisi itkilərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər 21 Oktyabr 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 24 İyun 2026
- Təmir və yenidənqurma işləri ilə əlaqədar Bakıda və Sumqayıtda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 12 Oktyabr 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb 19 İyun 2026