“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.
“Azərişıq” ASC Xaçmaz rayonunun 5 kəndinin elektrik şəbəkəsini yenidən qurub, 7 kəndində işləri davam etdirir.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Xaçmazda genişmiqayslı işlərə başlanılıb.
Rayonun Sərkərli, Üçgün, Uzunoba, Hacıəhmədoba, Xanoba, Padar və Şıxlı kəndlərində də işlərə start verilib. Yergüc, Armudpadar, Əhmədoba, Yaquboba və Həsənqala kəndlərinin isə elektrik şəbəkəsi yenidən qurulub.
Yenidənqurma işləri çərçivəsində Sərkərli kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 8 km-dan çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək.
Xaçmazda işlərin başa çatdığı kəndlərdən biri Həsənqala kəndidir. Rayon mərkəzindən 25 km aralıda yeləşən Həsənqalanın 400-dən çox abonenti var. Həsənqala kəndində 7 ədəd KTM quraşdırılıb. 14 km-dan çox 10 kV-luq, 20 km-dan artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Bu qədim yaşayış məntəqəsinin enerji təsərrüfatı indi tam müasir səviyyəyə çatdırılıb.
Bütün işlər yekunlaşdıqdan sonra Xaçmazın 12 kəndində 3 mindən çox abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.
Digər xəbərlər
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 15 Aprel 2026
- Elektrik enerjisi itkilərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər 21 Oktyabr 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 05 Fevral 2026
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026