Elektrik enerjisi itkilərinin minimuma endirilməsi enerji resurslarından səmərəli istifadənin təmin olunması, paylayıcı şəbəkələrin etibarlılığının artırılması və istismar xərclərinin optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə “Azərişıq” ASC tərəfindən elektrik şəbəkələrinin texnoloji cəhətdən modernləşdirilməsi, enerji infrastrukturunun yenilənməsi və innovativ həllərin tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Elektrik enerjisi itkilərinin azaldılmasına yönəlmiş əsas tədbirlər sırasında yüksək enerji səmərəliliyinə malik transformatorların quraşdırılması, rəqəmsal yarımstansiyaların yaradılması, elektrik yüklərinin şəbəkə üzrə optimal paylanması, eləcə də elektrik enerjisinin uçotu sistemlərinin müasir texniki tələblərə uyğun təkmilləşdirilməsi xüsusi yer tutur. Bu tədbirlər elektrik enerjisinin ötürülməsi və paylanması prosesində texniki itkilərin azaldılmasına, şəbəkənin istismar göstəricilərinin yaxşılaşdırılmasına və enerji təchizatının dayanıqlılığının artırılmasına xidmət edir.
Bu sahədə prioritet istiqamətlərdən biri də intellektual elektrik sayğaclarının (smart sayğacların) tətbiqinin genişləndirilməsidir. Müasir uçot texnologiyaları elektrik enerjisi istehlakının daha dəqiq qeydə alınmasına, sayğac göstəricilərinin oxunması zamanı yarana bilən xətaların minimuma endirilməsinə, həmçinin qanunsuz qoşulma və uçot sistemlərinə kənar müdaxilə hallarının daha operativ müəyyənləşdirilməsinə imkan yaradır. Bununla əlaqədar istismar müddəti başa çatmış elektrik sayğaclarının müasir uçot cihazları ilə əvəz edilməsi, eləcə də yeni quraşdırılan sayğaclar arasında intellektual sayğacların xüsusi çəkisinin artırılması istiqamətində işlər davam etdirilir.
Elektrik enerjisi itkilərinin azaldılmasında mühüm istiqamətlərdən digərini paylayıcı şəbəkələrin rəqəmsallaşdlrlması və intelektual idarəetmə texnologiyalarının tətbiqi təşkil edir. Qabaqcıl nəzarət və idarəetmə sistemlərinin, habelə yüksək sürətli telekommunikasiya texnologiyalarının tətbiqi elektrik şəbəkələrinin real vaxt rejimində monitorinqinə, enerji axınlarının təhlilinə və şəbəkənin iş rejimlərinin operativ tənzimlənməsinə şərait yaradır. Bu texnoloji imkanlar elektrik enerjisi itkilərinin yaranma səbəblərinin daha dəqiq müəyyən edilməsinə, şəbəkə yüklənmələrinin optimallaşdırılmasına və elektrik təchizatının keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına xidmət edir.
“Azərişıq” ASC tərəfindən müasir mühəndis-texniki həllərin, rəqəmsal idarəetmə sistemlərinin və innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Görülən işlər elektrik enerjisi itkilərinin mərhələli şəkildə azaldılmasına, enerji səmərəliliyinin yüksəldilməsinə, paylayıcı şəbəkələrin dayanıqlı inkişafına və istehlakçıların daha etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına yönəlib.
Digər xəbərlər
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının Qərb RETSİ üzrə regional turu təşkil olunub 22 Avqust 2026
- Bir sıra rayonlarda təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 20 Sentyabr 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Bu ərazilərdə təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 27 Avqust 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər “Azərişıq” ASC -nin əsas hədəflərindən biridir 21 Yanvar 2026