“Azərişıq” ASC tərəfindən istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına dair həyata keçirdiyi tədbirlərin ictimaiyyətə çatdırılması onun kommunikasiya strategiyasının əsasını təşkil edir. Bununla əlaqədar olaraq, "Azərişıq” ASC tərəfindən kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə sözügedən məsələ ilə bağlı ardıcıl olaraq müvafiq məlumatlar hazırlanaraq ictimaiyyətin diqqətinə təqdim edilir. Bu məlumatlar özündə "Azərişıq” ASC-nin tətbiq etdiyi yeniliklərin vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.
“Azərişıq” ASC-nin apardığı ardıcıl məlumatlandırma tədbirləri sırasında istehlak olunan elektrik enerjisinin dəyərinin vaxtında və tam ödənilməsi, həmçinin debitor borclarla bağlı Cəmiyyətin həyata keçirdiyi tədbirlərin ictimaiyyətə çatdırılması ümdə əhəmiyyət kəsb edir.
Bu istiqamətdə görülən işlərdən biri də elektrik enerjisi istehlakına dair borc barədə arayışın elektron şəkildə əldə olunmasıdır. Müştəri məmnunluğunun təmin edilməsi məqsədilə abonent olduğu yeri tərk etmədən Elektron Hökumət Portalı vasitəsilə elektrik enerjisi istehlakı ilə bağlı borcu barədə məlumatları elektron arayış şəklində əldə edə bilir.
“Azərişıq” ASC-nin tətbiq etdiyi borc sorğusu xidməti elektrik enerjisi istehlakı və ödənişləri ilə bağlı məlumat əldə etmək istəyənlər üçün mühüm əhəmiyyət kəsb edir. Bu xidmət elektrik enerjisi borclarını asanlıqla öyrənməyə və ödənişlərini sərfəli şəkildə həyata keçirməyə köməklik göstərir. Elektrik enerjisi borcunun yoxlanılması prosesi onlayn platformalar vasitəsilə və ya müştəri xidmətləri mərkəzlərinin dəstəyi ilə həyata keçirilir. Bunula da abonentlər ödəniş tarixlərini və keçmiş elektrik enerjisi borclarını yoxlayaraq, elektrik enerjisi istehlakını balanslaşdıra bilərlər.
Həmçinin, abonent “Azərişıq” ASC-nin “Azerishiq.az” saytında qeydiyyatdan keçərək müvafiq tələbləri icra etdikdən sonra borc barədə məlumatları əldə etmək imkanına malikdir. Bununla yanaşı, “Azərişıq” mobil tətbiqindən istifadə etməklə istehlakçılar borc barədə məlumat əldə etməklə yanaşı, ödənişləri də həyata keçirə bilərlər.
“Azərişıq” ASC-nin debitor borcların yığılması istiqamətində tədbirləri barədə vətəndaşların maarifləndirilməsi ardıcıl xarakter daşıyır.
Digər xəbərlər
- Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 18 Fevral 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 10 Fevral 2026
- Elektron xəritədən istifadə istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulma prosesini asanlaşdırır 02 Mart 2026