"Azərişıq" ASC-nin təşkilatçılığı ilə keçirilən "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışı davam edir. Lerikdə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə yarışın regional turu təşkil olunub.
Lerik Elektrik Şəbəkəsində (EŞ) baş tutan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır. Mərkəzin direktoru iştirakçı komandalara uğurlar arzulayıb.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda "Astara EŞ", "Biləsuvar EŞ", "Cəlilabad EŞ", "Lerik EŞ", "Lənkəran EŞ", "Masallı EŞ", "Yardımlı EŞ" komandaları nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırmağa çalışıblar.
İkinci mərhələdə energetiklər onlara verilən 3 praktiki tapşırığı yerinə yetirərək peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələnin nəticələrinə əsasən "Astara EŞ" regional turun qalibi olub. Beləliklə, komanda Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsində mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Digər xəbərlər
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026
- Bəzi ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 02 Sentyabr 2026
- YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib. 25 İyun 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 10 Avqust 2026
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026