“Azərişıq” ASC-nin kadr potensialının artırılması məqsədi ilə 2022-ci ilin oktyabr ayında “Təlim-Təcrübə Laboratoriyası” layihəsinə start verilmişdir. Azərbaycan universitetlərində texniki ixtisaslar üzrə təhsil alan 4-cü kurs tələbələri və magistrların iştirakı nəzərdə tutulan bu layihənin əsas məqsədi “Azərbaycan-2030” Milli prioritetlərinə əsasən gənc kadrların hazırlanması və dəstəklənməsi, əyani surətdə seminarların keçirilməsi və “Azərişıq” ASC –nin iş yerlərində müvafiq sahələr üzrə iş təcrübəsinin aparılması, bilik və bacarıqların aşılanması, həmin müdavimlərin Səhmdar Cəmiyyətin müvafiq strukturları üzrə işlə təmin olunması və kadr ehtiyatı bankının gənc müdavimlər hesabına daha da zənginləşdirilməsidir. Layihənin icra edilməsi müddətində müdavimlər ilə görüş və seminarlar keçirilir, qarşılaşdıqları çətinliklər və karyera barəsində diskussiyalar aparılır, komandada işləmə bacarığı, stressə davamlılığı yoxlamaq üçün onlara müəyyən tapşırıqlar verilir. Nəticədə, müdavimlərdə işgüzar keyfiyyətlər, “Azərişıq” ASC imici, mühəndis etikası yaranır və subordinasiya qaydaları aşılanır. Təlim-təcrübə laboratoriyasının müdavimləri proqram boyunca aşağıdakı meyarlar üzrə qiymətləndirilir:
1.Davamiyyət
2.İşgüzar keyfiyyətlər
3.Stressə davamlılıq
4.“Azərişıq” ASC imici
5.Qavrama və mənimsəmə
6.İxtisas bilikləri
7.Mühəndis etikası və subordinasiyası
8.Komandada işləmə bacarığı
9.Testin nəticəsi
Bu istiqamətdə həyata keşirilən tədbirlər arasında “Gənc təcrübəçilərin fərdi inkişafı” müsabiqəsini qeyd etmək olar. Müsabiqəyə əsasən, gənc müdavimlər aşağıdakı meyarlar üzrə qiymətləndirilib:
1.Komanda hazırlığı
2.Sosial məsuliyyət
3.İnnovativlik
4.Ümumi biliklər
5.Liderlik
Digər xəbərlər
- Bakı və ətraf regionların bəzi ərazilərində fasilə yaranacaq 06 İyul 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 26 Yanvar 2026
- “Azərişıq” ASC Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri həyata keçirir 28 Avqust 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirib 06 Fevral 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 May 2026