Mərkəzi Aran RETSİ Ağsu, Ağdaş və Göyçay Elektirik Şəbəkəsinin xidməti ərazisində geniş quruculuq işləri həyata keçirilir.
Ağsu rayonu Ağabəyli kəndi ərazisində 35/10 kV-luq yeni y/st-nın inşasına başlanılıb. Yarımstansiyanı qidalandıracaq 15 km uzunluğunda xəttin inşası tamamlanıb. Bununlada 17 kənddə 3 min abonentin enerji təchizatı tamamilə yaxşılaşcaq. Şəbəkə ərazisində son 6 ay ərzində 10 kənddə elektrik enerji təchizatı tamamilə yenilənib. Son 6 ayı ərzində 698 sayğac yenisi ilə əvəz olunub, 81 abonentə yeni sayğac quraşdırılıb. Yeni inşa edilmiş 110/35/10 kV-luq Ağsu y/st-da son tamamlama işləri aparılıb. Ağsu yarımstansiyası şəhərin mərkəzini və 65 kəndini, o cümlədən 11 min 300 abonenti fasiləsiz elektrik enerjisi təchiz edir. Göyçay Elektrik Şəbəkəsinin xidməti ərazisində 60-cı illərdə qurulmuş, istismara yararsız dayaq və naqillər həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur. Elektrik enerji təhcizatı tamamilə yenilənən kəndlərdən biri də Qarayazıdır. 445 abonenti olan kənddə indi sakinlər fasiləsiz və kefiyyətli elektrik enerjisi ilə təmin olunub. Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində 35/10 kV-luq “Pirkəkə” y/s-da əsaslı təmir işləri görülüb. Yarımstansiya 11 kəndi, 3 min abonenti elektrik enerjisi ilə təmin edir. Rayon ərazisində müxtəlif yaşayış məntəqələrində 20-dən çox 10/0,4 kV-luq TM və KTM şəbəkənin daxili imkanları hesabına təmir olunub və çəpərlənib. Son bir neçə ay ərzində 103 fərdi abonentə yeni sayğac quraşdırılıb, 1679 ədəd köhnə tipli sayğac yeni müasir tipli sayğacla əvəz edilib.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 11 Mart 2026
- Bir sıra rayonlarda təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 21 Sentyabr 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının 4-cü regional turu keçirilib 30 Avqust 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 03 Fevral 2026
- Debitor borcların yığılması istiqamətində müasir texnologiyaların tətbiqi 05 May 2026