Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Tağı Şahbazi küçələri və İkinci Alatava yaşayış massivinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xətai RETSİ-nə daxil olan Kazımağa Kərimov küçəsində saat 10:00-dan 15:00-dək 10 kV-luq elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Abşeron RETSİ ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında yenidənqurma işləri icra olunacaq. Planlı fasilə saat 01:00-dan 03:00-dək Mazasır qəsəbəsi Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev, Əliağa Vahid küçələrinin bəzi ərazilərini əhatə edəcək. Həmçinin 110/35/10 kV-luq 83 saylı yarımstansiyada aparılacaq yenidənqurma işləri ilə əlaqədar saat 14:00-dan 16:00-dək Müşfiqabad və 28 May qəsəbələri, Qaçqın şəhərciyi yaşayış sahəsində məhdudiyyət tətbiq ediləcək.
Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 35 kV-luq "Cəlayir" hava xəttində həyata keçiriləcək təmir işləri zamanı saat 10:00-dan 13:00-dək Cəngan, Fərdi, Qarakazımlı, Lallar, Ləkin kəndlərinin bir sıra hissələrində enerjinin verilişində fasilə yaranacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- “Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib 10 İyun 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026
- “Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub 24 İyun 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq 23 İyul 2026
- Bakı və Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 22 İyun 2026