Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 26-da bəzi rayonlarda bir sıra 10 və 35 kV-luq hava elektrik verilişi xətlərində təmir və xətlərə toxunan ağacların budanması işləri həyata keçiriləcək.
Lerik Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 10:30-dan 13:00-dək Babagil, Bibiyani, Brkandul, Günəşli, Hamarmeşə, Noda, Soru, Vistən, Vizəzəmin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Masallının Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar, Təzəkənd kəndlərininin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq. Həmçinin saat 14:00-dan 17:00-dək planlı fasilə Dəlləkli, Əminli, Hacıtəpə, Həsənli, Köcəkli, Kürdəbazlı, Qarğalıq, Qədirli, Məmmədxanlı, Şəhriyar, Təkdam kəndlərini də əhatə edəcək.
Quba EŞ-yə daxil olan Amsar kəndi, həmçinin şəhər ərazisində yerləşən 30, 32 və 33-cü məhəllələr, Dəvədabanı yaşayış massivi, Səmədağa Ağamalıoğlu, Mirzəbaba Tahirov, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov küçələri, 12-ci kvartal, Meydan ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Göyçayda şəhər ərazisində Məhəmməd Əmin Rəsulzadə, Rəsul Rza, Atatürk, Məhəmməd Füzuli küçələrinin bəzi yerlərində saat 12:00-dan 14:00-dək enerjinin verilişində məhdudiyyət olacaq.
Ağdaş EŞ-nin xidməti ərazisində saat 10:00-dan 14:00-dək Binələr, Davudlu, Malay və Pirəyir kəndlərində məhdudiyyət yaranacaq.
Tərtərin Borsunlu kəndində saat 10:00-dan 14:00-dək planlı fasilə olacaq.
Ucar EŞ-yə daxil olan Bağban, Boyat, Qəzyan və Yuxarı Şilyan kəndlərində saat 11:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Hava xəttinə toxunan yaşıllığın budanması işləri ilə əlaqədar planlı fasilə saat 09:30-dan 15:30-dək Goranboyun Kürəkçay qəsəbəsi, Həmənli, Qarapirimli, Qırıqlı kəndlərini də əhatə edəcək.
Həmçinin Bərdə EŞ ərazisində yerləşən Məmmədli və Nazırlı kəndlərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 23 Avqust 2026
- Paytaxtda və bir sıra rayonlarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 24 Avqust 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 04 İyun 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 25 Fevral 2026