Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyunun 19-da Bakı, Salyan və Masallının bir sıra yaşayış ərazilərinin elektrik təsərrüfatında təmir işləri aparılacaq.
Zirə Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisinə daxil olan Pirallahı qəsəbəsində Transformator Məntəqəsində iməclik işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək qəsəbənin Süleyman Bağırov küçəsində yerləşən bir sıra bina və həyət evlərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Saat 10:00-dan 13:00-dək Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Fərman Salmanov, Xıdır Mustafayev, Nazim Hikmət, Xaqan Dadaşov, Dadaş Bünyadzadə, Ümid Əkbərov küçələrinin bir hissəsində Transformator Məntəqəsəsində (TM) reallaşacaq təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi dayandırılacaq.
Nizami RETSİ ərazisində TM-də təşkil olunacaq təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək fasilə Kamil Balakişiyev, Əlif Hacıyev küçələri, Qara Qarayev prospektinin bəzi yerlərini əhatə edəcək.
İyunun 19-da həm də Salyan Elektrik Şəbəkəsində (EŞ) Qaraçala kəndində yerləşən 35/10 kV-luq "Qaraçala" yarımstansiyasında cari təmir, sınaq və iməclik işləri yerinə yetiriləcək. Saat 10:00-dan 13:00-dək Qaraçala, Çadırlı, Bəşirbəyli, Pambıqkənd, Yolüstü, Yeni Uluxanlı, Birinci Varlı, İkinci Varlı, Peyk və Düzənlik kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Masallı EŞ ərazisində 110/35/10 kV-luq "Masallı" yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində də təmir işləri aparılacaq. Beləliklə, saat 10:00-dan 12:00-dək Qızılağac, Hüseynhacılı, Viləş kəndlərində gərginlik olmayacaq.
Təmir-təftiş, sınaq və iməclik işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Nizami rayonunun bu ərazilərində fasilə yaranacaq 20 May 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 19 Fevral 2026
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 10 Fevral 2026
- "Azərişıq” ASC və Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi çərçivəsində işsiz və işaxtaran şəxslər enerji sektorunda yeni iş imkanları əldə ediblər 08 İyul 2026
- Nəsimi rayonunun bu ərazilərdə fasilə yaranacaq 24 Fevral 2026