Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyun 11-də paytaxt və Salyanda elektrik şəbəkəsində yenidənqurma və təmir işləri həyata keçiriləcək.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Bəsti Bağırova küçələri, Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri zamanı fasilə həmin saatlarda Bəhruz Nuriyev küçəsini əhatə edəcək.
Suraxanı RETSİ-nə daxil olan 35/6 kV-luq "BMTZ" yarımstansiyasında yenidənqurma işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan saat 13:00-dək Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə, İlqar Məmmədov, Vüqar Bədəlov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
İyunun 11-də həm də Salyan Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/6 kV-luq "Salyan" yarımstansiyasından qidalanan 35 kV-luq 710 saylı hava xəttinə toxunan ağaclar budanacaq. İməclik işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Kərimbəyli, Qaraçala, Çadırlı, Bəşirbəyli, Pambıqkənd, Yolüstü, Yeni Uluxanlı, Varlı, Peyk və Düzənlik kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq. Həmçinin Noxudlu kəndinin elektrik şəbəkəsində aparılacaq yenidənqurma işləri ilə əlaqədar həmin saatlarda Aşağı və Yuxarı Noxudlu kəndləri gərginliksiz qalacaq.
Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Ağdaş və Mingəçevirin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 23 Sentyabr 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 26 Yanvar 2026
- Astara və Qəbələnin bu ərazilərində fasilə yaranacaq 01 İyun 2026
- Sabunçu rayonunun bu ərazilərində fasilə yaranacaq 31 Mart 2026
- Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə mövcud müasir imkanların ictimaiyyətə çatdırılması 04 May 2026