Yanvarın 12-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək "Embawood" zavodu və Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Quba Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/6 kV-luq “Quba” yarımstansiyasında 6 kV-luq bölmədə təmir işləri aparılacaq. Beləliklə, saat 13:00-dan 15:00-dək şəhərin yuxarı ərazisi, 20 Yanvar, Memar Əcəmi, Sülh küçələri, həmçinin rayonun Ağbil Atuc, Mirzəməmmədkənd, Vladimirovka kəndlərində, Qırmızı Qəsəbə ərazisində elektrik enerjisinin verilişində fasilə olacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 03 İyul 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026
- Təmir işləri ilə əlaqədar Ağdaş və Göyçayın bu ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 12 Oktyabr 2026
- “Azərişıq” ASC əməyin mühafizəsinə dair maarifləndirici tədbir keçirib 28 Fevral 2026