İyulun 3-də Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində iməcilik işləri aparılacaq. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Badamdar qəsəbəsi İqor Ağayev küçəsi, 20-ci sahə yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə və saatlarda Zirə Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan Pirallahı qəsəbəsində Transformator Məntəqəsində (TM) iməcilik işləri icra olunacaq. Planlı fasilə qəsəbədə 2, 6, 8, 10, 12, 14, 16, 22 və 24 nömrəli yaşayış binalarını, Kamil Rzayev küçəsindəki, həmçinin Pirallahı Tibb Mərkəzi və onun əhatəsində yerləşən fərdi yaşayış evlərini əhatə edəcək.
Həmçinin 3 iyul tarixində Nizami RETSİ ərazisindəki TM-də həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin bəzi yerləri gərginliksiz qalacaq.
Xətai RETSİ ərazisində bir sıra 6 kV-luq hava xətləri üzrə elektrik naqilləri yenilənəcək. Aparılan yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Polad Həşimov və Zeytun küçələrində enerjinin verilişində fasilə olacaq.
Nəsimi RETSİ-nə daxil olan 630 kVA TM yeni güc mərkəzi ilə əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar saat 16:00-dan 17:30-dək Mirəli Qaşqay, Qulu Quliyev, Mirəsədulla Mirqasımov küçələri, Azadlıq prospektinin bəzi ərazilərində də məhdudiyyət tətbiq ediləcək.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. #Azərişıq
Digər xəbərlər
- Paytaxt və bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Avqust 2026
- Nizami rayonunun bu ərazilərində fasilə yaranacaq 20 May 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının son finalçısı da müəyyənləşib 07 Oktyabr 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının daha bir regional turu geridə qalıb 03 Oktyabr 2026
- YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib. 25 İyun 2026