Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 16-da paytaxtın bəzi rayonlarının, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar Akim Abbasov, Cəfərov qardaşları, Mətbuat, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Qaradağ RETSİ ərazisində yerləşən Lökbatan qəsəbəsi Birinci yaşayış massivində 6 kV-luq hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 12:00-dək enerjinim verilişi müvəqqəti dayandırılacaq.
Suraxanı RETSİ-nə daxil olan TM-də görüləcək təmir işləri zamanı Günəşli qəsəbəsi V yaşayış massivi və Mürsəl Kazımlı küçəsində saat 13:00-dan 16:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Orta Ləki" və "Kükəl" hava xətlərində həyata keçiriləcək təmir işləri zamanı Aşağı Ləki, Bulaqotağı, Ərəb, Hapıtlı, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar, Orta Ləki, Ovçulu, Yuxarı Qəsil kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Həmçinin 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasından çıxan 6 kV-luq fiderdə təmir işləri tətbiq olunacaq. Beləliklə, planlı fasilə saat 10:00-dan 15:00-dək Yevlax EŞ-yə daxil olan Əkşəm, Hacıselli, Havarlı və Marzılı kəndlərini əhatə edəcək.
110 kV-luq "Cəlilabad" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd və Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.
Lənkəran EŞ-nin xidməti ərazisində 35 kV-luq "Xanbulan" hava xəttində icra ediləcək təmir işləri zamanı saat 10:00-dan 13:00-dək Bürcəli, Xanbulan, Kərgəlan, Qurumba, Parakənd, Şağlaküçə kəndlərinin bir hissəsində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026
- Elektrik enerjisi itkilərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər 21 Oktyabr 2026
- “AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər 10 May 2026
- Bakı və İsmayıllının bu ərazilərində fasilə yaranacaq 30 İyul 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026