Sentyabrın 28-də bir sıra rayonlarda bəzi güc mərkəzlərində, eləcə də 10 və 35 kV-luq bir sıra hava xətlərində yenidənqurma, təmir və xətlərə toxunan ağacların budanması işləri aparılacaq.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində yerləşən 110/35/10 kV-luq "Ləki Dartı" yarımstansiyasında transformatorda və 35 kV-luq "Pirəzə" hava xəttində təmir işləri görüləcək. Bununla əlaqədar saat 09:30-dan 14:00-dək Ağcaqovaq, Cardam, Eymur, Əmirmahmud, Güvəkənd, Hapıtlı, Xınaxlı, Kotanarx, Qaraoğlan, Nehrəxəlil, Orta Ləki, Pirəzə, Şəmsabad kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli məhdudiyyət tətbiq olunacaq.
Bərdə EŞ-yə daxil olan Cəyirli, Divanlı, Güloğlular və Qaradağlı kəndlərində 10 kV-luq 2 saylı kənd hava xəttini daşıyan dayaqlardan birinin yenilənməsi ilə əlaqədar saat 10:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Həmçinin 35 kV-luq "MTS" hava xəttinə toxunan ağacların budanması işləri həyata keçirilərkən planlı fasilə saat 10:00-dan 15:00-dək Bərdənin Darğalar, Dəymədağıldı, Kələntərli, Kətəlparaq, Körpüsındıran, Qacar, Qasımbəyli, Qullar, Muğanlı, Piyadalar, Soğanverdilər, Şahvəlilər, Şirvanlı, Uğurbəyli kəndlərinin bəzi ərazilərini əhatə edəcək.
Göyçayın Kürdşaban və Yenikənd kəndlərində 10 kV-luq hava xəttinə toxunan ağacların budanması işləri zamanı saat 09:30-dan 15:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Yevlax EŞ ərazisində 10 kV-luq şəhər hava xəttində təmir işləri yerinə yetiriləcək. Şəhər ərazisində yerləşən Əbdülqasım Firdovsi, Həsən bəy Zərdabi, Qanboy Quliyev, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Səməd Vurğun, Yeni Yevlax küçələrinin bir sıra yerlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 İyul 2026
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 03 Mart 2026
- Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 15 Sentyabr 2026
- "Azərişıq" ASC-nin “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Şuşa və Xankəndi məktəbliləri də qoşulub 03 İyun 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026