Azərbaycan Respublikası Prezidentinin siyasi xəttindən irəli gələn əsas çağırışların, mesajların və bu istiqamətdə görülən işlər barədə məlumatların insanlara daha düzgün formada, tələb olunan vaxtda kommunikasiya edilməsi, bir sözlə ölkə maraqlarının təmin edilməsi nöqteyi-nəzərindən çıxış edilməsi mühüm əhəmiyyət kəsb edir. Cəmiyyət qarşısında duran əsas strateji məqsəd “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”, “Böyük Qayıdış üzrə I Dövlət Proqramı”nın tələblərindən irəli gələn məsələlərin icrasının təmin edilməsidir. Bu məqsədlər Cəmiyyətin kommunikasiya strategiyasının əhatə etdiyi dövr ərzində fəaliyyətinin prioritet istiqamətlərini müəyyənləşdirmişdir:
PRİORİTET İSTİQAMƏTLƏR
İstehlakçıların dayanıqlı, keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchizatı;
Paylayıcı şəbəkənin inkişafı istiqamətində həyata keçirilən bərpa və yenidənqurma işləri ;
İşğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi;
Elektrik enerjisi itkilərinin azaldılması istiqamətində tədbirlər;
Kadr potensialının bilik və bacarıq səviyyələrinin artırılması ;
İstehlakçıların Enerji Təhcizatı Şəbəkəsinə qoşulma üzrə məlumatlılıq və məmnunluq səviyyəsinin artırılması;
İstehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulması prosesinin sadələşdirilməsi və onların olduğu ünvanı tərk etmədən elektron şəkildə müraciət etmək imkanının yaradılması ;
Elektrik enerjisi haqqlarının 100% yığımının təmin edilməsi və debitor borcların ödənilməsi istiqamətində artımın təmin edilməsi;
Müasir informasiya texnologiyalarının və proqram təminatının tətbiqi vasitəsilə Cəmiyyətin fəaliyyətinin səmərəliliyinin artırılması
Cəmiyyətdə həyata keçirilən yeniliklərlə bağlı vətəndaşların maarifləndirilməsi istiqamətində mütəmadi olaraq enerji təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar olaraq sahibkarlar ilə görüşlər, pressturlar keçirilir və yeniliklərlə bağlı məlumatlar verilməkdədir. Eyni zamanda Qəza və Abonentlərin Sorğularının İdarə olunması mərkəzində (Çağrı mərkəzi) vətəndaş müraciətlərinin şəffaf şəkildə həll olunması ardıcıllığının təmin olunması məqsədi ilə müvafiq proqram təminatı (Ticketing) sistemi yaradılmışdır. Buda vətəndaş müraciətlərinin aidiyyəti üzrə şöbələrə yönləndirilərək səmərəli şəkildə cavablandırılmasına köməklik göstərir. Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Saatlıda vətəndaşları qəbul edib. 30 Yanvar 2024
- İstehlakçıların maarifləndirilməsi istiqamətində ən çox verilən suallar 08 İyun 2024
- Leyla xanım Əliyeva COP29 çərçivəsində 13 Noyabr 2024
- “Azərişıq” ASC Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir. 21 May 2024
- Müasir standartlara cavab verən sayğacların quraşdırılması 19 İyun 2024