Debitor borcların yığılması istiqamətində həyata keçirilən tədbirlər arasında hüquq xidmətlərinin – istehlak olunmuş elektrik enerjisi haqqının ödənilməsi ilə bağlı normativ sənədlərin tələblərinin abonentlərə çatdırılması işinin təşkili xüsusi əhəmiyyət kəsb edir. Bu işlərin təşkili sırasına borcu olan abonentlərlə fərdi işin aparılması mühüm əhəmiyyətə malikdir.
Bu istiqamətə yönəlmiş işlər sırasına istehlakçılar arasında maarifləndirmə və təbliğat məsələləri daxil edilməlidir. İlk növbədə başlıca olaraq abonentlərə yazılı bildirişlərin təqdim edilməsi xüsusi əhəmiyyət kəsb edir. Yazılı bildirişin verilməsində məqsəd, yaranmış borcların qısa müddət ərzində ödənilməsinə istiqamətlənməklə yanaşı, borcların ödənilməməsinin qanunla hansı nəticələrə gətirib çıxaracağını müvafiq qaydaların müddəaları vasitəsi ilə izahından ibarətdir.
Elektrik enerjisi verilişinin məhdudlaşdırılması və ya dayandırılmasında öz öhdəliklərini tam yerinə yetirən çoxmənzilli binanın digər sakinlərinin hüquq və mənafelərinin pozulmamasına səy göstərilməlidir.
Borclu abunəçilərlə işin təşkilində bu sahənin avtomatlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Bu istiqamətdə başlıca tədbirlər aşağıdakılardır:
• Ödənişlərin gecikdirilməsinin səbəblərinin müəyyənləşdirilməsi, borclu abunəçilərin müxtəlif meyarlara görə qruplaşdırılması və hər qrup üçün fərqli fəaliyyət planının seçilməsi.
• Ödənişlərin izlənməsi .
• Borclu abunəçilərlə işləyərkən fəaliyyət ardıcıllığının qurulması.
• Borclu abunəçilər və bununla bağlı görülən işlər üzrə yekun hesabatların hazırlanması.
Bu tədbirlər debitor borcların yığılmasına müsbət təsir göstərəcəkdir.
Mühüm addımlardan biri də şəbəkələrdə bu istiqamətdə həyata keçirilən istehlakçılara çatdırılmasıdır.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 17 May 2026
- Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə olacaq 16 May 2026
- "Azərişıq" ASC ilk dəfə “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramını Qəbələdə təşkil edib 16 May 2026