Elektrik enerjisinin istehlakı zamanı yaranan itkilər dedikdə şəbəkədə ölçmə və uçot sistemlərində baş verən kənar müdaxilələr nəzərdə tutulur. İtkilərinin aradan qaldırılması üçün ilk növbədə onları yaradan səbəblər müəyyən edilir. Belə ki, bəzi hallarda istehlakçılar sayğaclara qeyri-qanuni müdaxilələr edərək enerji sərfiyyatını az göstərməyə çalışırlar. Buna misal olaraq, elektrik xəttinə elektrik enerjisi sayğacından kənar birbaşa qoşularaq istifadə, sayğaclara elektron və ya maqnetik müdaxilə kimi halları göstərmək olar.
İtkiləri daim diqqət mərkəzində saxlamaqla yanaşı, qarşısının alınması üçün Səhmdar Cəmiyyət tərəfindən müntəzəm olaraq aşağıdakı tədbirlər görülür:
•Smart sayğacların quraşdırılması – müasir texnologiyadan istifadə etməklə enerji sərfiyyatının dəqiq və uzaqdan izlənilməsi.
•Müntəzəm yoxlamalar və auditlər – qanunsuz qoşulmaları aşkar etmək üçün mütəmadi monitorinq aparılması.
•Hüquqi müstəvidə tədbirlərin gücləndirilməsi – elektrik enerjisinin qanunsuz istifadəsi ilə bağlı normativ hüquqi sənədlərin təkmilləşdirilməsi üzrə işlərin aparılması və ciddi nəzarət mexanizmlərinin yaradılması.
•İctimai maarifləndirmə və təbliğat – istehlakçılarla elektrik enerjisindən düzgün istifadəsinə dair maarifləndirmə işlərinin aparılması və qanunsuz istifadənin zərərləri barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi.
İtkilərinin azaldılması enerji sektorunda maliyyə dayanıqlığını, rentabelliyi artırır və enerjinin daha səmərəli paylanmasına təminat yaradır.
Digər xəbərlər
- Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 27 Avqust 2026
- “SİMA” yeni nəsil rəqəmsal imzanın tətbiqi, istehlakçıların elektrik şəbəkəsinə qoşulma prosesinə təsiri 16 Mart 2026
- Yenidənqurma işləri ilə əlaqədar bu ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 07 Oktyabr 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının 9-cu finalçısı müəyyənləşib 25 Sentyabr 2026
- Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 26 İyul 2026