11 avqust 2020-ci tarixində “Smart nation” (“Ağıllı ölkə”) konsepsiyası çərçivəsində “kommunal xidmət sahələrində perespektiv planlar” mövzusunda videokonfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ İnnovasiyalar Mərkəzi” MMC-nin təşəbbüsü ilə reallaşdırılıb.
Videokonfransda pandemiya dövründə daha aktual olan kommunal ödənişlərin onlayn təşkili, həmçinin “Smart card reader” (“Ağıllı kart oxuyucu”) cihazlarından istifadənin təşviqi, 3D mobil xəritələrin tətbiqi və yeraltı kommunikasiya xəritəsinin yaradılması mövzularında müzakirələr aparılıb. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azəriqaz” İB-nin, “Azərsu”ASC-nin və “İnnovasiyalar mərkəzi”-nin beynəlxalq tərəfdaşı olan “EKM” Global Consulting GMbH” şirkətinin nümayəndələri iştrak ediblər.
Tədbirdə çıxış edən "Azərişıq" ASC sədrinin müşaviri Fərrux Heybətov bildirib ki, Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair "Strateji Yol Xəritəsində" qarşımızda yeniliklər və innovasiyalar sahəsində bir sıra vəzifələr qoyulmuşdur. Bu istiqamətdə, "Azərişıq" ASC tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Bunlardan ən vacib olan Smart Grid – Ağıllı Şəbəkələrin qurulmasına ölkə üzrə tətbiqinə artıq start verilib. Bu isə, ölkə başçısının müxtəlif görüşlərdə dəfələrlə səsləndirdiyi “Ağıllı Şəhər” və “Ağıllı Ölkə” konsepsiyasının reallaşdırılması istiqamətində atılmış mühüm addımdır. Belə ki, cənab prezidentin iştirakı ilə paylayıcı şəbəkədə qüsurların real vaxt rejimində və operativ aşkarlanması üçün “Ağıllı Şəbəkələrin” təməl elementlərindən olan 5 ədəd “Avtomatik İdarəetmə və Nəzərət Mərkəzləri” istifadəyə verilmişdir (Mingəçevir, İmişli, Şəmkir, Qəbələ, Balakən).
Müştəri məmnunluğunun qaldırılması məqsədi ilə isə “199 Çağrı Mərkəzi” müasir proqram təminatı ilə təchiz edilmiş, kadr potensialı gücləndirilməsi və iş prinsipi təkmilləşdirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair “Strateji Yol Xəritəsi”-nin tələblərinə uyğun olaraq kommunal xidmətlər sahəsində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin formalaşdırılmasıdır.
Digər xəbərlər
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- “Azərişıq” ASC leysan xarakterli yağışların yaratdığı fəsadları aradan qaldırmaq üçün 24 saatlıq gücləndirilmiş iş rejimində çalışır 03 Aprel 2026
- “Azərişıq” ASC və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib 08 May 2026
- Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən görülən tədbirlər 25 May 2026
- Elektron xəritədən istifadə istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulma prosesini asanlaşdırır 02 Mart 2026