
“Azərişıq” ASC-nin abonentlərə göstərdiyi xidmətlərin bütün regionlardakı “ASAN xidmət” mərkəzlərini əhatə etməsi, eyni zamanda 2018-ci il ərzində əlavə üç xidmətin yaradılaraq xidmətlərin sayının 13-ə çatdırılması may ayı ərzində səhmdar cəmiyyətə daxil olan müraciətlərin sayında artıma səbəb olub. Hansı ki, həmin üç yeni xidmətdən ikisi məhz may ayının əvvəlindən etibarən fəaliyyətə başlayıb. Bunlar “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı xidmətlərdir.
Ümumilikdə isə may ayı ərzində “Azərişıq” ASC-nin “ASAN” xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 13 xidmət üzrə (əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb bu sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və nəhayət, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu, yük hesabatının hazırlanması və ya elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənədin verilməsi, istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi) 13 minə yaxın müraciət olunub.
"Azərişıq“ ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 245 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4240 vətəndaş müraciət edib.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 09 Avqust 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- Müasir sayğacların tətbiqi elektrik enerjisi üzrə debitor borcların yığımında əhəmiyyətli rol oynayır 07 Aprel 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Yanvar 2026