SCADA sistemi komputer bazası əsasında qurulan və proqramlaşdırılan avtomatlaşdırılmış məsafədən idarəetmə sistemidir. Sistem iqtisadiyyatın bir çox sahələrində istifadə olunduğu kimi, enerji sistemində və elektrik şəbəkələrində də tətbiq olunaraq uğurlu nəticələr əldə edilir.
Sistemin əsas funksiyası şəbəkəni operativ idarə edən dispetçerlə (personalla), şəbəkə arasında birbaşa vizual əlaqə yaradır. Bu sistem vasitəsilə şəbəkənin elektrik avadanlıqlarına nəzarət və onları idarə etmək, təcili əməliyyat çevrilmələri həyata keçirmək, elektrik hadisələrini təhlil və analiz etmək, ölçülər aparmaq, hesabatlar hazırlamaq mümkündür. Bundan əlavə bu sistem, daha geniş funksiyalara - enerjinin alışını və axın istiqamətini müəyyən edir, enerjinin keyfiyyətinə nəzarət və monitorinqlər aparmaq kimi böyük texniki imkanlara malikdir.
“Azərişıq” ASC-nin elektrik şəbəkəsində SCADA məsafədən idarəetmə sistemi 2010-cu ilin yanvar ayından qurulmuş və hal-hazırda uğurla istismar olunur. Qısa müddət ərzində paylayıcı şəbəkənin onlarla güc və qovşaq yarımstansiyalarının SCADA sisteminə qoşulması əminliklə deməyə imkan verir ki, bu sistemin şəbəkədə rolu əvəzsizdir. Bu sistemə qoşulan yarımstansiyaların hər hansı birində enerji itkisi, elektrik hadisəsi və ya bu kimi qəza baş verərsə, ani olaraq həmin hadisə birbaşa xüsusi həyacan siqnalı ilə Mərkəzi Dispetçer Xidmətinə ötürülür ki, bu da dispetçerin kompyuter displeyində əyani təsvir olunur. Hadisəni seyr edən növbətçi dispetçer dərhal qəzanın baş verdiyi elektrik avadanlığını təyin edir, qəzanın yaranma səbəbini araşdırır və qəzanın tez bir zamanda aradan qaldırılmasını həyata keçirir ki, bu da istehlakçıların enerji təchizatında fasilə yaratmır.
Beləliklə, SCADA məsafədən idarəetmə sistemi nəticə etibarı ilə digər keyfiyyət göstəriciləri ilə yanaşı, şəbəkənin fəaliyyətində ümdə əhəmiyyət kəsb edən elektrik enerjisi itkilərinin azaldılmasına da təsir göstərir.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026
- “AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər 10 May 2026
- Bakı, Abşeron və Cəlilabadın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 03 Sentyabr 2026
- Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 22 Sentyabr 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 11 İyun 2026