Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 09:00-dan 13:00-dək Həsən Əliyev 131 ünvanında yerləşən Telefon Rabitə Qovşağında fasilələrlə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Yasamal RETSİ ərazisində TM-də həyata keçiriləcək təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Abdulla Qarayev, Nazim Hacıyev, Habil Əliyev, Murad Mirzəyev, Ümid Əkbərov küçələrinin bir hissəsini əhatə edəcək.
Nizami RETSİ-nə daxil olan bir neçə TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Keşlə qəsəbəsi Kamran Əfkari, Məşədi Hilal Kazımov, Rafiq Ağayev, Yarış, Kəndçi, Nizami Abdullayev küçələrinin bəzi əraziləri gərginliksiz qalacaq.
Eyni zamanda Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polisi İdarəsinin ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisindəki 35/6 kV-luq "Sarıqaya" yarımstansiyasından çıxan 6 kV-luq "Novxanı-1" hava xəttində təmir işləri icra olunacaq. Beləliklə, saat 10:00-dan 15:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində enerjinin verilişində fasilə olacaq.
Sabunçu RETSİ ərazisinə daxil olan Bakıxanov qəsəbəsində N.İsmayılov, Y.Əliyev, O.Əfəndiyev, S.Mehmandarov, A.Vəkilov, A.Abbasov, S.Mustafayev küçələrində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Təmir işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Digər xəbərlər
- Azərbaycanın enerji təcrübəsi Özbəkistana ötürülür: mühəndis-energetiklər “Azərişıq” ASC-də təlimlərə başlayıblar 14 Oktyabr 2026
- "AzərEnerji" və "Azərişıq" rəhbərliyi şəhidləri xatirəsini andı 27 Sentyabr 2026
- Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 18 Fevral 2026
- “Azərişıq” ASC və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib 08 May 2026
- "Azərişıq" ASC-nin təşkil etdiyi "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının qalibi Hadrutda müəyyənləşib 17 Oktyabr 2026