Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 21-də Bakı şəhəri və Cəlilabad rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilələr yaranacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Təbriz Xəlilbəyli, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Abbas Mirzə Şərifzadə, Məmməd Şərif Həmidov, İsrafil Məmmədov, İslam Səfərli, Əlövsət Quliyev, Əli Aslanov, Nəriman Nərimanov, Tağı Şahbazov və Bəşir Səfəroğlu küçələrinin bir hissəsində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək.
Nizami rayonunda saat 10:00-dan 14:00-dək Yavər Səfərov küçəsinin bir hissəsində (“Kral” ət və ət məhsulları zavodunun yaxınlığı) aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.
Səbail rayonunun Bayıl qəsəbəsində saat 10:00-dan 12:00-dək Gülbala Əliyev və Bünyad Sərdarov küçələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Suraxanı rayonunun Zığ qəsəbəsində Rövşən Göyüşov küçəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.
Biləcəridə saat 10:00 dan 13:00-dək Baş Dövlət Yol Polisi İdarəsinin ətraf ərazilərində, Məmmədoğulları, Məmməd Səid Ordubadi və Zəngəzur küçələrində, eləcə də yeni yaşayış massivində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Regionlarda isə Cəlilabad şəhərinin bir hissəsi, Pirivolni, Ağdaş, Soyuqbulaq, Bədirəvan, Şıxlar, Komanlı, Muğan, Maşlıq, Sərhədabad, Əliabad, Şiləvəngə, Abşabad, Şabanlı, Kürdlər, Suluçeşmə kəndləri və Göytəpə şəhərində saat 11:30-dan 13:30-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 22 Aprel 2026
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Yanvar 2026
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026