Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 5-də paytaxtda Transformator Məntəqələrində (TM), Ağdaşda 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Cəfər Cabbarlı, Zivər bəy Əhmədbəyov, Məhəmməd Naxçıvani küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Böyükşor qəsəbəsinin bəzi əraziləri saat 09:00-dan 13:00-dək gərginliksiz qalacaq.
Planlı fasilə saat 10:00-dan 15:00-dək Xəzər RETSİ ərazisində Şüvəlan qəsəbəsi Mayak yaşayış massivini də əhatə edəcək.
Paytaxtla yanaşı Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində saat 10:00-dan 13:00-dək Aşağı Ağcayazı, Yuxarı Ağcayazı, Dəhnə kəndləri, Türyançay qəsəbəsi, eləcə də şəhər ərazisində 42-ci məhəllə, saat 10:00-dan 14:00-dək Qoşaqovaq, Qolqəti, Şəkili kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə yaranacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Azərişıq
Digər xəbərlər
- Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 30 Sentyabr 2026
- “Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir 26 İyun 2026
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 13 May 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının növbəti regional turu Qəbələdə keçirilib 15 Avqust 2026
- Suraxanı rayonuna daxil olan bu ərazidə fasilə yaranacaq 05 May 2026