"Şimal-Qərb" Regional Enerji Təchizat və Satış İdarəsinin struktur tərkibindəki Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Balakən, Zaqatala, Qax və Şamaxı Elektrik Şəbəkələrinin xidməti ərazilərində olan istehlakçıların, xüsusilə də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, turizm, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə genişmiqyaslı işlər davam edir.
Son bir il ərzində Şimal-Qərb RETSİ-nin xidməti ərazisində 16 ədəd yarımstansiya yenidən qurulub, iki ədəd yeni yarımstansiya tikilərək istismara verilib. İki ədəd yeni yarımstansiyanın isə istimara verilməsi istiqamətində son tamamlanma işləri aparılır. Hava elektrik verliş xətləri, transformator məntəqələri yenilənir.
Xüsusilə kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi tamamilə yenidən qurulur. Naqillər, dayaqlar və KTM-lər yenilənir. Son bir il ərzində 4 yaşayış massivinin 0.4 kV-luq şəbəkəsi izoliyasiyalı naqillə tam şəkildə yenidən qurulub. 18 yaşayış massivində isə 10/6/0.4 kV-luq şəbəkədə yenidənqurma işlər aparılıb. Açıq tipli naqillərin izolyasiyalı kabellərlə əvəz olunması və sayğacların həyətyanı sahələrdən çlıxarılaraq küçə divarlarına quraşdırılması sayəsində itkilərin azaldılmasına nail olunur.
Qeyd edək ki, Şimal-Qərb RETSİ-si üzrə 202 min 261 əhali, 19 min 531 qeyri-əhali olmaqla, ümumilikdə 221 min 792 abonent elektrik enerjisi ilə təchiz edilir.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 19 İyun 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 10 Yanvar 2026
- İyulun 16-da paytaxt və Lənkəranın aşağıda adı çəkilən ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 15 İyul 2026
- Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 12 İyul 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 25 Fevral 2026