Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.11.2023 tarixli 422 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya”ya uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası 3 may 2024-cü il 4 nömrəli Qərarı ilə “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğləri”ni təsdiq etmişdir.
Tarif (qiymət) Şurasının bu qərarı istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulması üçün daha keyfiyyətli xidmətlərdən istifadəsinə istiqamətləndirilmişdir. Enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digər bu kimi səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi.
Elektrik şəbəkəyə qoşulma ilə bağlı həyata keçirilən yeni tənzimləmələr bu sahədə şəffaflığı artırır. Həmin qərar ilə istehlakçıların keyfiyyətli xidmətlərdən faydalanması təmin edilir, vaxt və xərclərinin optimallaşdırılmasına yeni imkan yaradılır. Bu isə öz növbəsində sahibkarlıq subyektlərinin infrastrukturlarının formalaşdırılmasına mühüm töhfə verəcək başlıca amildir. Həmçinin, enerji təchizatı müəssisəsinin dayanıqlı və keyfiyyətli xidmət göstərməsinə münbit şərait yaradacaqdır.
Bu kimi tədbirlər sahibkarların fəaliyyətini asanlaşdırmaqla, əlverişli biznes mühitinin formalaşmasına səbəb olacaqdır. Həyata keçirilən bu tənzimləmələr sahibkarların öz işlərini daha operativ və məhsuldar həyata keçirməsinə şərait yaratmaqla ölkə iqtisadiyatının yüksəlməsi istiqamətində öz töhfəsini verəcəkdir.
Tarif (qiymət) Şurasının 3 may 2024-cü il 4 nömrəli Qərarı barədə ətraflı məlumatı “tariff.gov.az” rəsmi saytından əldə edə bilərsiniz.
Digər xəbərlər
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 20 Fevral 2026
- Paytaxtın bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 01 Sentyabr 2026
- Bu ərazilərdə təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 27 Sentyabr 2026
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026