Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Quba Elektrik Şəbəkəsində (EŞ) 6 kV-luq Paylayıcı Qurğuda (PQ) həyata keçirilən yenidənqurma işlərinin tamamlanması ilə əlaqədar saat 10:00-dan saat 13:00-dək Səməd Vurğun, Əliqulu Nərimanov, Məhəmməd Əmin Rəsulzadə küçələri, Heydər Əliyev prospekti, General Məhəmməd Əsədov, 8 Mart və Arif Hüseynzadə küçələrinin bir hissəsi, Xudat Elektrik Şəbəkəsi Sahəsinin xidməti ərazisində 35/10 kV-luq "Nabran" yarımstansiyasında aparılacaq əsaslı təmir işləri ilə əlaqədar saat 09:00-dan saat 17:00-dək Səlimoba, Samurçay, Günəşli, Turist, Şimali kəndləri və Nabran kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma və əsaslı təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- Sabunçu rayonunun bu ərazilərində fasilə yaranacaq 31 Mart 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb 19 İyun 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Fevral 2026
- Elektron xidmətlərin tətbiqi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində mühüm addımdır 26 Yanvar 2026