Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən bir sıra qəsəbələrdə elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar 7-11 aprel tarixlərində elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivinin bəzi hissələrində, saat 10:00-dan saat 15:00-dək Şüvəlan qəsəbəsinin bir hissəsində, həmçinin Çöl Şüvəlan və Hacı Mövlan bağları adlanan ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 11 Fevral 2026
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir 19 Yanvar 2026
- Ağdaş və Mingəçevirin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 23 Sentyabr 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 08 İyun 2026
- Təmir işləri ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 20 Oktyabr 2026