Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 14-də Yasamalda Transformator Məntəqəsində (TM) təmir, Xəzər rayonunda isə 6 kV-luq hava xəttində yenidənqurma işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Xıdır Mustafayev, İslam Səfərli, Mirzə Cabbar Məmmədzadə Şıxəli Qurbanov, Ümid Əkbərov, Vasif Əliyev, Zaur Kərimov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xəzər RETSİ-nə daxil olan Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, Abşeron və İzmir küçələrinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Həmçinin sentyabrın 14-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasında təmir-təftiş, elecə də elektrik xətlərinə toxunan ağacların budanması işləri həyata keçiriləcək. Beləliklə, saat 10:00-dan 13:00-dək Pirşağı kəndi və Ləhic bağları yaşayış massivinin bir sıra ərazilərində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- “Azərişıq” ASC Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur 20 Avqust 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 16 Fevral 2026
- Elektron xəritədən istifadə istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulma prosesini asanlaşdırır 02 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 11 Fevral 2026