“Azərişıq” ASC tərəfindən verilən məlumata əsasən xidmət göstərilən ərazilər üzrə avqust ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınmışdır. Belə ki, avqust ayında havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olmuşdur. Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına səbəb olmuşdur. Cari ilin Avqust ayı ərzində enerji göstəricisinə təlabat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama olaraq 16,1 milyon kVts artmışdır. Avqust ayının 10-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” ASC üzrə 72,2 milyon kVts qeydə alınmışdır ki, bu da elektroenergetika tarixində rekord göstərici olmuşdur. Avqust ayında ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 500,0 milyon kVts-dır.
“Azərişıq” ASC tərəfindən abonentlərə xəbərdarlıq edilir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaqdır. Abonentlərimizdən bir daha xahiş olunur ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər.
Ayrıca qeyd etmək istəyirik ki, oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın 0-a endirilməsi eyni zamanda hesabat dövrünün qüsursuz icra edilməsi üçün “Azərişıq”ASC-də yeni layihələrdən biri olan, sayğacların optik göz vasitəsilə oxunması işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir.
İstehlakçılarımız tərəfindən elektrik enerjisinin istifadəsinə dair hər hansısa bir problem olduğu təqdirdə “Azərişıq”ASC-yə məxsus info@azerishiq.az elektron poçt ünvanına və ya 199 “Çağrı Mərkəzi”nə müraciət etmələri tövsiyə olunur.
Digər xəbərlər
- “Azərişıq” ASC cənub rayonlarında yenidənqurma işlərini davam etdirir. 29 May 2024
- “Azərişıq” ASC-dən genişmiqyaslı ağacəkmə aksiyası. 20 Oktyabr 2024
- Müasir tələblərə cavab verən elektroenergetiklərin hazırlanması “Azərişıq” ASC-nin ümdə vəzifələrindəndir 06 Avqust 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Kürdəmirdə vətəndaşları qəbul edib. 15 Mart 2024
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 12 Aprel 2024