Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda enerjitəchizatı müəssisəsi dövlət elektroenergetika müəssisəsindən və müstəqil enerji istehsalçısından satın aldığı elektrik enerjisinin haqqının elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş müddətdə və həcmdə müəyyən olunmuş tarif qiymətinə uyğun ödənilməsi öz əksini tapmışdır. Eyni zamanda topdan alınmış və istehlakçılara enerji təchizatı müəssisəsi tərəfindən pərakəndə satış tarifləri ilə satılan elektrik enerjisinin haqqının “Qaydalar”da nəzərdə tutulmuş müddət ərzində ödənilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə müəyyən edilmiş hüquq və öhdəliklərdən yararlanmaqla, məişət və digər istehlakçılarla hesablaşmalarda əvvəlcədən ödənişli elektrik uçot cihazlarının quraşdırılması kimi tədbirlərin icrası davam etdirilir. Qeyd olunanlarla yanaşı respublikanın müxtəlif ərazilərində yerləşən əhali və qeyri-əhali istehlakçılarının elektrik uçot cihazlarının istismar müddətinin nəzarətdə saxlanılması çərçivəsində vaxtaşırı yoxlanılması, istismarı müddəti bitmiş elektrik sayğaclarının yeni smart tipli müasir standartlara cavab verən sayğaclarla əvəz olunması tədbirləri icra edilir ki, bu da elektrik enerjisinin uçotunun təkmilləşdirilməsinə və keyfiyyət göstəricilərinin normaların tələbləri çərçivəsində saxlanılmasına köməklik göstərir.
Ümumilikdə “Azərişıq” ASC-nin fəaliyyəti dövründə istehlakçılara pərakəndə satış tarifləri ilə satılan elektrik enerjisinin dəyərinin yığımı yüksək səviyyədə təşkil olunmaqla, yaranan debitor borcların hər il azalan xətt üzrə dinamika göstərməsi bu sahədə görülən tədbirlərinin göstəricisidir.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 17 May 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Yanvar 2026
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026
- Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 12 İyul 2026