İyunun 2-də Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan "Lovain" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 14:30-dan 17:00-dək rayonun Çayoba, Hamoşam, Kakalos, Qamışoba, Pensər, Sım, Siyaku, Şahağac, Şiyəkəran, Təngərud, Toradi kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin iyunun 2-də Qəbələ EŞ ərazisində 110/35/10 kV-luq "Qəbələ" yarımstansiyasından çıxan 35 kV-luq "Vəndam-1" hava xəttində təmir işləri həyata keçiriləcək. Elektrik enerjisinin verilişində yaranan fasilə saat 10:00-dan 13:00-dək rayonun Vəndam, Seyidqışlaq, Nohurqışlaq, Məmmədağalı kəndlərini də əhatə edəcək.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq #Azərişıq
Digər xəbərlər
- “Azərişıq” ASC Zirə ETSİ ərazisində yenidənqurma işləri həyata keçirir 06 Oktyabr 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Mart 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının daha bir regional turu geridə qalıb 03 Oktyabr 2026
- Təmir işləri ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 19 Oktyabr 2026