Abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC regionlarla yanaşı paytaxt və ətraf ərazilərdə bir sıra yaşayış məntəqələrinin elektrik təsərrüfatını yeniləyir. Həyata keçirilən yenidənqurma işləri Zirə Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində yerləşən qəsəbələri də əhatə edir.
2026-cı ilin Tədbirlər Planına əsasən ilin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzinin yaradılması nəzərdə tutulub. Onlardan artıq 5-i tam quraşdırılıb, şəbəkəyə qoşulması üçün hazır vəziyyətə gətirilib.
Yenidənqurma işləri çərçivəsində Qala qəsəbəsi Xaşaxuna bağları yaşayış massivində 250 kVA gücündə yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Həmçinin 6 kV-luq yeraltı kabel xətləri və 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir, dayaqlar yenilənir.
Türkan qəsəbəsinin bir sıra yaşayış ərazilərində də 6 və 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. Həmçinin müxtəlif gücdə 6/0.4 kV-luq KTM-lər quraşdırılır, sayğaclar yeniləri ilə əvəzlənir.
Aparılan yenidənqurma işləri Pirallahı və Dübəndi yaşayış məntəqələrini də əhatə edib. Pirallahı qəsəbəsində yeni SMS tipli sayğaclar quraşdırılıb, əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün müasir güc mərkəzləri yaradılıb.
Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC ölkənin bütün regionlarında, həmçinin ən ucqar kənd və qəsəbələrdə belə yenidənqurma və əsaslı təmir işlərini davam etdirir.
Digər xəbərlər
- Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 İyun 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 May 2026
- İyulun 14-də bu ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 13 İyul 2026
- Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 16 Sentyabr 2026
- “Azərişıq” ASC və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib 08 May 2026