“Azərişıq” ASC Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq regionlarda yerli sakinlərlə mütəmadi olaraq görüşlər təşkil edir. Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov noyabrın 7-də Daşkəsən Elektrik Şəbəkəsinin inzibati binasında Daşkəsən və Göygöl rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Daşkəsən rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
Hər iki rayonunun sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işləri barədə məmnunluqlarını ifadə edib, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri kimi regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Digər xəbərlər
- Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 25 Avqust 2026
- Yasamalda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 30 Avqust 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının Qərb RETSİ üzrə regional turu təşkil olunub 22 Avqust 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- İstehlak olunmuş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi nə üçün vacibdir 12 May 2026