Ölkə prezidentinin elektron xidmətlərin genişləndirilməsi ilə bağlı imzaladığı Fərman, Sərəncam və tapşırıqlarına uyğun olaraq “Azərişıq” ASC tərəfindən müntəzəm olaraq texnoloji yeniliklər və innovasiyalar tətbiq edilir. Abonent məmnunluğunun daha da artırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Texnoloji yeniliklər həmçinin insanların vaxta qənaət etməsi baxımından böyük üstünlük yaradır. Belə ki, insanlar evlərini, iş yerlərini tərk etmədən mobil tətbiq vasitəsilə ödənişləri həyata keçirə bilərlər. Səhmdar Cəmiyyətin mobil tətbiqi vasitəsilə istifadəçilər rahat şəkildə bir neçə işi görə bilərlər:
Elektrik enerjisi sərfiyyatlarını görə;
Elektrik enerjisinə görə aylıq fakturaları izləyə;
Elektron müraciət edə;
Elektrik enerjisi borcunu online ödəyə;
Smart sayğac istifadəçilərinin online balanslarını öyrənə;
Smart sayğacının balansını artıra bilərlər.
Həmçinin tətbiq vasitəsi ilə elektrik enerjisi borcunu bank kartları ilə onlayn ödəmək imkanı mövcuddur.
Səhmdar Cəmiyyət bundan sonra da digər xidmətləri elektronlaşdıraraq abonentlərin istifadəsinə verilməsi istiqamətində tədbirlər görməkdə davam edir.
Digər xəbərlər
- Təmir işləri ilə əlaqədar Yasamal, Nizami və Binəqədi rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 20 Oktyabr 2026
- “Azərişıq” ASC Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri həyata keçirir 28 Avqust 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 09 Yanvar 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 May 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Mart 2026