Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC yenidənqurma işləri ilə yanaşı nəzarət tədbirləri də həyata keçirir. Abonentlərlə mütəmadi maarifləndirici söhbətlərin aparılmasına baxmayaraq paytaxt və bölgələrdə sayğaclara aylıq baxış keçirilən zaman həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisinin talanması hallarına rast gəlinib.
Monitorinqlər zamanı Şəmkir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən soyuducu anbara məxsus sayğaca müdaxilə olunaraq içərisinə uzaqdan idarə olunan qurğunun yerləşdirildiyi və nəticədə sayğacın dövrədən kənarlaşdırıldığı müəyyən edilib. Daha bir soyuducu anbara və marketə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Obyektlərlə yanaşı fərdi yaşayış evlərində də sayğaclara qanunsuz müdaxilə halları aşkar edilib. Lənkəranda evə məxsus sayğacın dövrədən kənarlaşdırıldığı, Şəmkirdə fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olduğu müəyyən olunub. Paytaxtda Xəzər rayonunda 2, Binəqədidə 1 evdə belə hala rast gəlinib. Nizami rayonunda keçirilən monitorinq zamanı məlum olub ki, sayğaca müdaxilə olunaraq içərisində hesablama mexanizmi şuntlanıb, elektrik sayğacı dövrədən kənarlaşdırılıb.
Uçotdan kənar qoşulmalar elektrik xətlərinin həddən artıq yüklənməsinə, nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyətinin azalmasına və gərginliyin aşağı düşməsinə səbəb olur. Qanunsuz müdaxilə halları aşkar edildikdə abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.
Digər xəbərlər
- Bakı, Göyçay və Yevlaxın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 06 Sentyabr 2026
- “Azərişıq” ASC Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur 20 Avqust 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Fevral 2026
- Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 21 Sentyabr 2026
- "Azərişıq" ASC ilk dəfə “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramını Qəbələdə təşkil edib 16 May 2026