Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərişıq” ASC bu istiqamətdə işləri davam etdirir. Bakıda keçiriləcək “COP 29” ərəfəsində paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin (EDM) zəruri infrastrukturu yaradılır, həmin məntəqələr dayanıqlı elektrik enerjisi ilə təmin edilir.
Enerji doldurma məntəqələri yaşıl enerji ilə dəstəklənir. Bu da öz növbəsində ətraf mühitin qorunmasına xidmət edir. “Azərişıq” ASC tərəfindən quraşdırılan yüksək gücə malik sürətli, sabit cərəyanlı həmin məntəqələr elektromobilləri qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə şarj edir.
Cari ilin mart-may ayları ərzində paytaxt ərazisində “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində, “İçərişəhər” yarımstansiyasında, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 110/35 kV-luq “Sea Breeze-1” yarımstansiyasında, Qala-Mərdakan yolu üzərində yerləşən ticarət müəssisəsinin ərazisində quraşdırma işləri başa çatıb. Həmçinin, regionlardan Qəbələdə 110/35/10 kV-luq “Hacıalılı” yarımstansiyasında, Salyanda Ələt-Astara yolunun 71-ci kilometrliyində, Qarabağ və Şərqi Zəngəzurda isə 6 ərazidə- Zəngilan və Cəbrayıl Elektrik Şəbəkələrinin Rəqəmsal İdarəetmə mərkəzlərində, “Xocalı” və “Şuşa-1” yarımstansiyalarında, “Füzuli” Rəqəmsal Yarımstansiyasında, həmçinin “Hadrut” qovşaq yarımstansiyasında məntəqələr quraşdırılıb. Proses bundan sonra da həm paytaxtda, həm də bölgələrdə davam etdiriləcək.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi ölkəmizdə alternativ enerji mənbələrinin inkişafı sahəsində ciddi addımlar atılır. Enerji doldurma məntəqlərinin gələcəkdə yaşıl enerji zonasına çevriləcək Qarabağ və Şərqi Zəngəzurda quraşdırılması bu layihələrin davamıdır. Məntəqələrdə alternativ enerji mənbələrindən istifadə və elektromobillərə marağın günbəgün artması ölkəmizin, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurun ekosisteminə müsbət təsirini göstərəcək.
Digər xəbərlər
- “Azərişıq” ASC Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri həyata keçirir 28 Avqust 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 11 Fevral 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 16 Avqust 2026
- Yasamal, Nizami və Xəzər rayonlarının bu ərazilərində fasilə yaranacaq 09 İyun 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 15 Aprel 2026