Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən yenidənqurma layihəsi çərçivəsində bütün regionlarda olduğu kimi Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin ərazisinə daxil olan kəndlərdə də genişmiqyaslı işlər davam etdirilir. Xaçmaz rayonunda artıq 7 kənddə – Yürgüc, Əhmədoba, Hacıəhmədoba, Sərkərli, Üçgün, Padar və Armudpadar kəndlərində işlər yekunlaşıb. Uzunoba, Xanoba və Şıxlı kəndlərində isə işlər davam etdirilir.
İşlərin yekunlaşdığı kəndlərdən biri də Xaçmazın 600-ə yaxın abonenti olan Yergücdür. Yenidənqurma işləri çərçivəsində 7 KTM, 150-ə yaxın 10 kv dayaq və 15 km-dən artıq 10 kv-luq kabel xətti həmçinin 900-ə yaxın 0.4 kv dayaq, 20 km uzunluğunda 0.4 kv-luq sip kabel xətti çəkilib. Köhnə elektrik şəbəkəsinin kənd sakinləri üçün yaratdığı problemlər geridə qalıb.
Hacıəhmədoba kəndində də yenidənqurma işləri başa çatıb. Abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün yeni KTM-lər quraşdırılıb, köhnə dayaqlar yenisi ilə əvəzlənib, eyni zamanda kabel xətləri də müasirləri ilə əvəz olunub.
Digər kəndlərdə də yenidənqurma işləri yekunlaşdıqdan sonra Xaçmaz rayonunda ümumilikdə 15 minə yaxın sakin keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq 23 İyul 2026
- Paytaxtın bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 25 Avqust 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının 9-cu finalçısı müəyyənləşib 25 Sentyabr 2026
- “Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir 08 İyun 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026