Mayın 17-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasında 2-ci Paylayıcı Qurğuda (PQ) yenidənqurma və təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 01:00-dan 04:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmədoğlular, M. Aslanov, 10 May küçələri, eləcə də DSK yolu adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 26 Yanvar 2026
- “Azərişıq” ASC Şahdağ istiqamətində xətləri yeniləyir 17 Fevral 2026
- Bakı, Abşeron və Cəlilabadın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 03 Sentyabr 2026
- Təmir işləri ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 15 Oktyabr 2026
- “Azərişıq” ASC Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri həyata keçirir 28 Avqust 2026