Masallı və Yardımlı Elektrik Şəbəkələrinin (EŞ) ərazisində 35 kV-luq hava xətlərində, həmçinin Yardımlıda 35/10 kV-luq "Sırıq" yarımstansiyasında dekabrın 2-də təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 12:00-dan 15:00-dək Masallının Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar, Təzəkənd, Yardımlının Abdinli, Anzov, Arvana, Avaş, Bozayran, Bürzünbül, Gərsava, Hamarkənd, Köryədi, Kürəkçi, Qabaqdibi, Qaraqaya, Perimbel, Şəfəqli, Şiləvəngə, Urakəran, Vərgədüz kəndlərinin bir hissəsində, eləcə də şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 İyul 2026
- Elektron xəritədən istifadə istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulma prosesini asanlaşdırır 02 Mart 2026
- Nəsimi rayonunun bu ərazilərdə fasilə yaranacaq 24 Fevral 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 15 İyun 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026