“Azərişıq” ASC-nin fəaliyyətinin əsas istiqamətlərindən biri istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdir.
Belə ki, müasir texnologiyaların tətbiqi ilə əlaqədar olaraq, Səhmdar Cəmiyyət tərəfindən “smart” tipli elektrik sayğaclarının quraşdırılması həyata keçirilir ki, bu da öz növbəsində enerji itkilərinin azaldılması, enerji səmərəliliyinin artırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda müasir sayğacların quraşdırılması abonentlərin istifadə etdiyi elektrik enerjisi ilə bağlı yaranmış debitor borcların ödənilməsində də öz müsbət təsirini göstərir.
Bu tip sayğacların quraşdırılması işi Səhmdar Cəmiyyət tərəfindən ardıcıl aparılır.
Digər xəbərlər
- Abşeronun bu ərazilərində fasilə olacaq 10 Yanvar 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Bir sıra rayonlarda təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 20 Sentyabr 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 11 İyun 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirib 06 Fevral 2026