Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir.

Dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gəlir, ulu öndərin xatirəsini ehtiramla anırlar.

”Azərenerji ”ASC "Azərişıq" ASC-nin kollektivi də Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin  əziz xatirəsini ehtiramla yad ediblər.